Bu gün gecə saatlarında vəfat edən aparıcı və yazar Metin Ucanın vəsiyyəti yerinə yetirilməyəcək.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aparıcı vəsiyyətində "Mən öləndə yandırılmaq və küllərimin də İstanbul boğazına səpilməsini istəyirəm” desə də, köməkçisi sosial şəbəkədə dəfn olunacağını yazıb.
Qeyd edək ki, Metin noyabrın əvvəlində avtomobilini idarə edərkən halı pisləşdiyi üçün qəza törədib. Onun şah damarlarının tıxandığı məlum olub. 15 noyabrda əməliyyat olunan aprıcının vəziyyətinin ağır olduğu açıqlanmışdı.