76 yaşlı prodüser əməliyyat olundu

76 yaşlı prodüser əməliyyat olundu
570 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı məşhur prodüser-musiqiçi 76 yaşlı Bari Alibasov növbəti dəfə onurğasından əməliyyat olunub.

Axşam.az Rusiya KİV-nə istinadən xəbər verir ki, sənətçinin kürəyindəki problemlər 2021-ci ildə üçüncü mərtəbənin pəncərəsindən yıxıldıqdan sonra başlayıb. Onun səhhəti ilə bağlı oğlu məlumat verib:

"Sınamadığımız bir şey qalmadı. Masajlar, korset... Heç nə kömək etmədi. Ağrının səbəbi fərqli bucaqdan MRT-dən istifadə edilərək tapıldı. Məlum oldu ki, atamın fəqərələrindən biri səhv birləşib və qabağa çıxıb. Onu yerinə qoymaq üçün cərrahiyyə əməliyyatı aparıldı. Atam artıq o qədər əməliyyat keçirib ki, başqa bir əməliyyat onun üçün ağcaqanad dişləməsi kimidir. Hazırda özünü yaxşı hiss edir".