"Pi Diddi" zorakılıqda ittiham olunur

"Pi Diddi" zorakılıqda ittiham olunur
587 dəfə oxunub
  • A-
  • A
  • A+

"Pi Diddi" ləqəbi ilə tanınan məşhur reper Şon Con Kombs təcavüzdə ittiham olunub.

Axşam.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Reperin keçmiş müğənni sevgilisi Kessi Venturanın sözlərinə görə, 2018-ci ildə ifaçı onun evinə girib və cinsi əlaqədə olmağa məcbur edib. Bu, Kessinin Şondan ayrılmaq qərarına gəldikdən sonra baş verib.

2005-ci ilə qədər olan münasibətdə Kessi keçmiş sevgilisinin onu müntəzəm olaraq döydüyünü, spirtli içki və narkotik verdiyini, silah gəzdirməyə və digər kişilərlə cinsi əlaqədə olmağa məcbur etdiyini söyləyib.

"Pi Diddi"nin vəkilləri isə Venturanın iddialarını rədd ediblər.