Meqan Markl uzun müddət sonra Şahzadə Harrisiz görüntülənib.
Axşam.az xəbər verir ki, Amerikaya köçən cütlük orada kral ailəsindən uzaq bir həyata başlayıb. Ötən gün Meqan əri olmadan ilk dəfə sosial tədbirdə görünüb.
Meqan "Variety" jurnalının Qadınların Gücü qalasında xalçanın üzərinə çıxıb, pozalar verib. O, Harri ilə birlikdə yeni layihəyə başladıqlarını vurğulayıb. Aktrisa əlavə edib ki, Hollivudun yaradıcı ab-havasını kral ailəsinin davalarından çox bəyənir.
“Bir-birimizə nə qədər çox dəstək olsaq, işimiz bir o qədər yaxşı olar. Bizim icma belədir”.
