Zorakılıqda ittiham etdiyi eks-sevgilisi ilə barışdı

Zorakılıqda ittiham etdiyi eks-sevgilisi ilə barışdı
611 dəfə oxunub
  • A-
  • A
  • A+

"Pi Diddi" ləqəbi ilə tanınan məşhur reper Şon Con Kombs keçmiş müğənni sevgilisi Kessi Ventura ilə barışıb.

Axşam.az xəbər verir ki, bu barədə reperi ona təcavüzdə ittham edən Kessi məlumat yayıb. O, qarşılıqlı razılaşma yolu ilə məsələni bağladıqlarını bildirib. Kessi barışıq şərtlərini açıqlamayıb.

Qeyd edək ki, Kessi 2018-ci ildə "Pi Diddi"nin ayrılıq qərarı aldıqdan sonra ona təcavüz etdiyini iddia edib. Həmçinin, 2005-ci ilə qədər olan münasibətdə Kessi keçmiş sevgilisinin onu müntəzəm olaraq döydüyünü, spirtli içki və narkotik verdiyini, silah gəzdirməyə və digər kişilərlə cinsi əlaqədə olmağa məcbur etdiyini söyləyib.