Türkiyəli aktyor Kayra Şenocak 131 kiloqramdan 86 kiloqrama düşməsi ilə bağlı açıqlama verib.
Axşam.az-ın məlumatına görə, aktyor necə 45 kiloqram arıqladığını açıqlayıb:
"Artıq çəkilərimi həyat yoldaşım sayəsində verdim. Tamamilə pəhriz və idmanla. 45 kiloqram çəki atdım. Əməliyyat yoxdur. İdmanı da sevən biri deyiləm. 131 kiloqram olmuşdum. Özümü o cür görmək istəmirdim. Bu sənətlə məşğulsansa, o cür görünməməlisən. Əməliyyata veriləcək pulu idmana və pəhrizə verəndə daha uzun müddətli nəticə əldə edirsən. Əməliyyat etdirib də çəki alanları görürük. Həyat yoldaşım mənə balqabaq, tərəvəzli yeməklər bişirirdi. Bu müddət ərzində mən yox, o, daha çox çalışdı".
Qeyd edək ki, Kayra hazırda "Kızılcık şerbeti" serialında "Ertuğrul"u canlandırır.