Son günlər atdığı artıq çəkilərlə gündəmdə olan türkiyəli aktyorlardan biri də Ata Demirerdir.
Axşam.az xəbər verir ki, aktyor 4 ay yarımda 22 kiloqram çəki atıb. O, bunun sirrini bölüşüb:
"22 kiloqram arıqladım. Günorta və axşam yeməklərində karbohidratlar yemirdim. Ət, balıq, proteinli qidalar qəbul edirəm. Səhərlər 45 dəqiqə gəzirəm. Bu çəkini 4,5 ay içində atdım. Dietoloqla belə məsləhətləşmədim".
Qeyd edək ki, Ata hazırda "Bir ihtimal daha var" adlı ekran işində rol almağa hazırlaşır.