Məşhur kolumbiyalı müğənni Şakira İspaniyada haqqında başladılan vergidən yayınma işi ilə bağlı iddiaları qəbul edib.
Axşam.az xəbər verir ki, məsələ ilə bağlı tərəflər razılığa gəlib. Məhkəmə iclası cəmi beş dəqiqə çəkib. Sövdələşməyə görə, müğənninin üç il həbsi nəzərdə tutulsa da, müddət 7,3 milyon avro (təxminən 13 milyon 557 min 211 manat) cərimə ilə əvəz olunacaq.
Qeyd edək ki, Şakira ilk dəfə 2018-ci ildə vergidən yayınmaqda ittiham olunub. Onu 8 ilə qədər həbs və 23 milyon avro cərimə gözlədiyi bildirilib. İddialara görə, Şakira Barselonada yaşadığı 2012-2014-cü illərdə 14,5 milyon avro məbləğində vergi ödəməyib.