"Avroviziya" qalibi axtarışa verildi

"Avroviziya" qalibi axtarışa verildi
1875 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Daxili İşlər Nazirliyi Ukraynanı 2016-cı ildə "Avroviziya"da təmsil edən və qalib olan Camalanı axtarışa verib.

Axşam.az xəbər verir ki, məlumatda sənətçinin 2023-cü ilin oktyabrından axtarışda olduğu qeyd olunub.

Məlumat bazasında axtarışın hansı maddə əsasında aparıldığı göstərilməyib.

Hüquq-mühafizə orqanlarından TASS-a bildirilib ki, səbəb Rusiya ordusu haqqında saxta xəbərlərin yayılması işi ilə bağlı ola bilər.