"Aldatmak" serialının aktyoru Ömər Karanlık ötən gün səhər saatlarında vəfat edib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 65 yaşlı sənətçinin ölümünə səbəb noyabrın 19-da keçirdiyi infarkt olub.
Qeyd edək ki, Ömər Karanlık "Muhteşem Yüzyıl", "Baba", "Kırmızı Oda", "Söz" kimi məşhur seriallarda rol alıb.