İllər əvvəl atasını təhqir etdiyi paylaşım ortaya çıxdı

İllər əvvəl atasını təhqir etdiyi paylaşım ortaya çıxdı
923 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Ancelina Coli ilə keçmiş həyat yoldaşı Bred Pittin övladlığa götürdüyü oğulları Paksın 2020-ci ildə sosial media hesabındakı paylaşımı ortaya çıxıb və müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, o, atasını dörd kiçik uşağını qorxudan titrədən "dünya səviyyəli pislik" adlandırıb.

"Mənə ən yaxın olan insanların həyatını daimi cəhənnəmə çevirdin. Özünə və dünyaya nə istəsən deyə bilərsən, amma bir gün həqiqət üzə çıxacaq. Atalar günün mübarək, ey ... (yazıda həmin hissə bağlanılıb - red.) insan.

Dəhşətli və alçaq bir insan olduğunu dəfələrlə sübut etmisən. Dörd kiçik övladına zərrə qədər hörmət və mərhəmətin yoxdur. Sənin qarşında qorxudan titrəyirəm. Sən mənim ailəmə vurduğun zərəri heç vaxt başa düşməyəcəksən, çünki bunu bacarmırsan”.

Sözügedən mətn Paks 16 yaşında olarkən şəxsi instaqram hesabının hekayə bölməsində paylaşılıb. O, paylaşımında "Oskar" alan Bredin fotosundan istifadə edib.

"Daily Mail"ə bu barədə məlumat verən mənbələr hesabın həqiqətən də Paksa aid olduğunu təsdiqləyiblər.

Qeyd edək ki, Ancelina ilə Bredin ümumilikdə altı övladı var; bioloji - Şilo, Noks və Vivyen, övladlığa götürülmüş - Maddoks, Paks və Zahara.