2023-cü ilin ən zəif şifrələri bunlardır

2023-cü ilin ən zəif şifrələri bunlardır
1172 dəfə oxunub
  • A-
  • A
  • A+

"NordPass" şifrə menecerinin tərtibatçıları informasiya təhlükəsizliyi tədqiqatçıları ilə birlikdə 2023-cü ildə insanlar tərəfindən ən çox istifadə edilən parolların siyahısını tərtib ediblər.

Axşam.az xəbər verir ki, etibarsız parollar siyahısında birinci yerdə 123456 kombinasiyası olub. 2023-cü ildə "NordPass" xidmətinin istifadəçiləri ondan 4,5 milyon dəfədən çox istifadə ediblər. Tədqiqatçılar qeyd edirlər ki, belə parolun sındırılması bir saniyədən az vaxt aparır.

Hesabları qorumaq üçün ən uğursuz, lakin populyar kombinasiyaların ilk onluğuna admin, 12345678, 123456789, 1234, 12345, parol, 123, Aa123456 və 1234567890 daxildir. Həmçinin bunarı da sındırmaq üçün hücumçulara bir saniyədən az vaxt lazımdır. Onlardan hətta sınaq və müvəqqəti profillər üçün istifadə etmək də məsləhət görülmür.