Məşhur aktrisa Şeron Stoun Fələstin-İsrail arasındakı münaqişəyə münasibət bildirib.
Axşam.az xəbər verir ki, aktrisa sosial media hesabında paylaşım edərək HƏMAS-ın hücumu nəticəsində ailə üzvlərini itirən şəxslərlə görüşüb və zorakılığı dəstəkləməməyə çağırıb.
Onun paylaşımı müzakirələrə səbəb olub və Şeron məsələyə birtərəfli yanaşdığı üçün tənqid olunub. İzləyicilər aktrisadan hər iki tərəfin itkilərinə eyni cür münasibət bildirməsini tələb ediblər.
Qeyd edək ki, bundan əvvəl Bella, Cici Hadid və ataları Məhəmməd Fələstini dəstəklədiklərini ifadə edən paylaşımlar yayımlayıb. Bundan sonra onlar tənqid olunub, hətta ölümlə hədələniblər. Həmçinin, müğənni aktrisa Selena Qomez də tənqid olunanlar sırasında yer alıb.
