Elvis Preslinin aslan caynaqlı boyunbağısı satılır

Elvis Preslinin aslan caynaqlı boyunbağısı satılır
697 dəfə oxunub
  • A-
  • A
  • A+

Rok-n-rollun kralı, əfsanəvi müğənni Elvis Preslinin aslan caynaqlı boyunbağısı hərraca çıxarılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, zinət əşyası 500 min dollar (təxminən 850 min manat) dəyərində qiymətləndirilir.

Bu əşya konsertlərdən tutmuş sosial və ailə tədbirlərinə qədər bir çox mühüm məclislərdə musiqiçinin boynunda olub.

Brilyant və yaqutdan olan qızıl kulon indiyə qədər ABŞ-ın Memfis şəhərindəki Elvis Presli muzeyində saxlanılırdı.