İlk türkiyəli astronavt Alper Gezeravcı ötən gün kosmosa yola düşüb.
Axşam.az xəbər verir ki, bu hadisə ölkə vətəndaşları tərəfindən birmənalı qarşılanmayıb. Bu uğura sevinənlərlə yanaşı tənqid edənlər də az olmayıb. Türkiyəli model, müğənni Tuğba Özay da məhz onlardan biridir.
O, sosial media fenomeni Oğuzhan Uğurun tarixi hadisə ilə bağlı paylaşımına "55 milyon dollara başa gələn turistik kosmos gəmisinə minərək araşdırma aparmaq?! Ən azından sən bunu etmə, Oğuzhan" deyə, şərh yazıb.
İzləyicilərin bir çoxu Tuğbanın bu fikrini dəstəkləyiblər.
