"Hörümçək adam" "peşəkar cadugər"lə sevgilidir

"Hörümçək adam" "peşəkar cadugər"lə sevgilidir
345 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddət əvvəl karyerasına fasilə verəcəyini açıqlayan amerikalı aktyor Endrü Qarfild bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib.

Axşam.az xəbər verir ki, aktyor Keyt Tomas adlı xanımla sevgilidir. Cütlük ötən gün Los-Ancelesdə əl-ələ səmimi görüntülənib.

Keyt Oksford Universitetində dini fəlsəfə təhsili alıb və "Vogue", "The Telegraph" kimi bir çox tanınmış nəşrlərdə çalışıb. Bununla belə, Keyt öz saytında mənəvi mentor kimi məsləhətlər verir, həm qədim, həm də müasir ruhani təcrübə və ayinləri öyrədir. O, özünü "peşəkar cadugər" də adlandırır. Tomas təklif edir ki, tələbələri rasional olana deyil, enerji, astrologiya və mənəvi təcrübələr dünyasını araşdırmağa çalışsınlar.

Qeyd edək ki, Qarfildin sonuncu ciddi münasibəti "Hörümçək adam" filmindəki həmkarı Emma Stounla olub.