Əməkdar artist Elza Seyidcahanın ad günüdür.
Axşam.az xəbər verir ki, müğənnini ilk təbrik edən nəvələri olub. Onlar gecə yarısında Seyidcahan üçün tort və şam gətiriblər. İfaçı həmin görüntüləri sosial şəbəkədə paylaşıblar.
Müğənni "Həmişə saat 9-da yatan nəvələrim indi gecə saat 1-də məni gözləyiblər ki, ad gūnūmū təbrik etsinlər. Nunlara heyran olum. Səmərrux özū mənə kağızdan gūl dəstəsi hazırlayıb, İsaSəmral da, çox sevinir. Maşallah, həmişə sevinirlər" deyə, bildirib.
Qeyd edək ki, Səmərrux və isa ifaçının qızı Gülşənin övladlarıdır. Seyidcahanın bir oğlu da var.