Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) anası Əminə xanımla bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, ifaçı valideyni ilə uşaqlıq illərində lentə alınan fotosunu paylaşaraq onun ad günü olduğunu bildirib.
O, şəklə "Əgər bu həyatı yenidən yaşamaq fürsətim olsaydı, hər dəfə yalnız bir şey istərdim – sən və atam yenidən mənim valideynlərim olasınız. Səni bizə bəxş edən Allaha şükür edirəm. Sənin bizə yaratdığın istilik və rahatlıq, məni böyütdüyün üçün sənə sonsuz təşəkkür edirəm" sözlərini yazıb.
