"Müğənnilər başlayıblar ki, 200 manata məktəbli forması alıblar"

"Müğənnilər başlayıblar ki, 200 manata məktəbli forması alıblar"
5787 dəfə oxunub
  • A-
  • A
  • A+

"İnciməsin, amma belə şeyləri səhifələrdə görəndə əsəbləşirəm. Məktəbə cəmi bir ay qalıb, bəzi müğənnilər başlayır ki, guya iki yüz manat verib iki uşağa forma alıblar".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı tarix Əliyev sosial şəbəkədə yazıb. Sənətçi məktəbli formalarının qiymətindən şikayət edənlərlə bağlı paylaşım edib.

"Mütləq də bunu bütün səhifələrdə paylaşdırırlar. Bir müğənni görsəm ki, özünü reklam edir, "iki yüz manatlıq, üç yüz manatlıq xeyir iş gördüm" deyir, vallah, şəklini səhifəmə qoyub yazacam: böyük iş görmüsən?! Özün gəlmirsən, böyüyün gəlsin, bəsdirin" deyə, Tolik əlavə edib.