Şəmkirdə dönərdən kütləvi zəhərlənmə faktı qeydə alınıb.
Axşam.az xəbər verir ki, 11 nəfər böyük və eyni sayda yeniyetmə dönərdən zəhərlənmə diaqnozu ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həmin şəxslərin vəziyyəti orta-ağırdır.
Hadisənin təfərrüatları araşdırılır.
Qeyd edək ki, Tovuzda da 4 nəfər dönərdən zəhərlənib.