Hüseynin Rusiyadakı şirkəti ləğv olundu

Hüseynin Rusiyadakı şirkəti ləğv olundu
1159 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiya Federal Vergi Xidməti Azərbaycan əsilli bloger Hüseyn Həsənovun şirkətini ləğv edib.

Axşam.az xəbər verir ki, bu barədə “Zvezdaç” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, bloger bir müddət əvvəl şəxsi inkişaf kurslarını satmaq üçün “Banda” MMC yaradıb. Amma şirkətin hüquqi ünvanı və məmurlar haqqında məlumatlar etibarsızdır.

Əlavə edilib ki, sözügedən şirkətin hesabları artıq bloklanıb.

Blogerin kurslarına qarşı ümumilikdə 2 milyon 675 min rubl (təxminən 57.000 manat) məbləğində iki iddia qaldırılıb.

Qeyd edək ki, mayın 14-də xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulması ilə bağlı cinayət işi üzrə axtarışa verildiyi üçün Həsənov barəsində qiyabi həbs qərarı verilib. Bu maddə ilə onu 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.