Azərbaycanın bir sıra bölgələrində zəlzələ oldu

Azərbaycanın bir sıra bölgələrində zəlzələ oldu
3582 dəfə oxunub
  • A-
  • A
  • A+

Avqustun 27-si saat 00:33-də Xəzər dənizinin Rusiya Federasiyasına mənsub ərazisində baş verən zəlzələ Azərbaycanda da hiss edilib. 

Axşam.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ Quba, Xınalıq, Qusar, Bakı və Sumqayıt və s. şəhərlərdə 4-3 bal gücündə hiss olunub.

Güclü zəlzələdən həyəcanlanan hündürmərtəbəli binaların bəzi sakinləri evlərini tərk edərək küçəyə çıxıblar.

Məlumata görə Rusiya Federasiyasının Dağıstan Respublikasının İzberbaş şəhəri yaxınlığında Xəzər dənizində 5,3 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ ocağı yerin 66 kilometr dərinliyində yerləşib.