92 yaşlı ulduz 10 ildən sonra qırmızı xalçada - Fotolar

92 yaşlı ulduz 10 ildən sonra qırmızı xalçada - Fotolar
1766 dəfə oxunub
  • A-
  • A
  • A+

Keçmiş amerikalı aktrisa Kim Novak uzun aradan sonra ictimaiyyət qarşısına çıxıb.

Axşam.az xəbər verir ki, aktrisa 82-ci Venesiya Beynəlxalq Film Festivalına qatılıb. 92 yaşlı ulduz kameralara poz verib.

Xatırladaq ki, ötən gün Venesiyada Novak ömürlük nailiyyətinə görə "Qızıl Şir" mükafatını alıb. Kim Novakın həyatından bəhs edən "Vertigo" sənədli filminin premyerası da elə məhz həmin gün baş tutub. 

Qeyd edək ki, K.Novak sonuncu dəfə 10 il əvvəl Toronto Beynəlxalq Film Festivalında ictimaiyyət arasında görünüb.