Əməkdar artist Dilarə Əliyeva paylaşımı ilə marağa səbəb olub.
Axşam.az xəbər verir ki, aktrisa qayınatası, Xalq artisti Vidadi Əliyevin ad gününü birlikdə qeyd ediblər.
D.Əliyeva qızları Aytən və Banu, yeni doğulan nəvəsi ilə onu ziyarətə gedib. Fotoda aktrisanın qayınanası, Xalq artisti Elmira İsmayılova da yer alıb.
D.Əliyeva şəklə "Çox yaşa, əziz Vidadi müəllim" qısa şərhini yazıb.
Qeyd edək ki, V.Əliyevin 80 illik yubileyidir. D.Əliyeva V.Əliyevin oğlu Oqtay Əliyevlə ailəli olub. O.Əliyev 2023-cü il martın 22-də avtomobil qəzasında dünyasını dəyişib.
