Dünyaca məşhur "Christian Louboutin" moda evi aktyor-reper Ceyden Smitin kişi geyim xəttinin ilk kreativ direktoru təyin edildiyini elan edib.
Axşam.az xəbər verir ki, məşhur aktyor Uill Smitin oğlu olan Ceyden Smit öz ilk kolleksiyasını 2026-cı ilin yanvarında Parisdə keçiriləcək kişi moda həftəsində təqdim edəcək.
O, ildə dörd kolleksiya üzərində çalışacaq. Buraya ayaqqabılar, aksesuarlar, dəri məmulatları, eləcə də brendin reklam kampaniyaları və xüsusi layihələri daxildir.