Türkiyədən köçəcəkləri deyilən Burakla Fahriyə bu ölkəyə getdi - Fotolar

Türkiyədən köçəcəkləri deyilən Burakla Fahriyə bu ölkəyə getdi - Fotolar
4240 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Burak Özçivitin ailəsi ilə xarici ölkəyə köçəcəyi iddia edilib.

Axşam.az-ın məlumatına görə, şayiələrin ardından Burak və xanımı Fahriyə Evcənin sosial media hesablarındakı paylaşımları diqqət çəkib.

Fotolardan bəlli olub ki, cütlük İngiltərədədir. Onlar Londonda çəkdikləri şəkilləri izləyiciləri ilə bölüşüblər. Burakla Fahriyənin bundan sonra məhz burada yaşayacağı ehtimal edilib.

Qeyd edək ki, daha əvvəl çıxan xəbərlərdə Burakın xarici ölkəyə köçmək üçün lüks avtomobillərini və mülklərini zərərinə də olsa, satışa çıxardığı deyilib.