Xəbər verdiyimiz kimi, ötən gün Əməkdar artist Cabir İmanov 49 yaşında vəfat edib.
Axşam.az-ın məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində onunla vida mərasimi keçirilir.
Ailəsi, yaxınları və dostları onunla vidalaşmaq üçün mərkəzə toplaşır. Aktyorun nəşi bir azdan mərkəzə gətiriləcək.
***
Yaxınları vida mərasiminə gəlməkdə davam edir.
***
Əməkdar artist Cabir İmanovla Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilən vida mərasimi başa çatıb.
Axşam.az xəbər verir ki, mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, C.İmanov ötən gün Bakıda idman zalında infarkt keçirərək vəfat edib.
Foto: İlqam Cəbiyev