Bəhram Bağırzadənin ad günüdür

Bəhram Bağırzadənin ad günüdür
1962 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış aktyor, şoumen və naşir Bəhram Bağırzadənin bu gün ad günüdür.

Axşam.az-ın məlumatına görə, 1972-ci ildə Bakıda ziyalı ailəsində dünyaya gələn aktyor 189 saylı məktəbi bitirib.

1989-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna qəbul olub və 1994-cü ildə teatr rejissoru ixtisası üzrə həmin həmin institutu bitirib.

1991-ci ildən "Bakılı oğlanlar" ŞHK (Şən və Hazırcavablar Klubu) komandasının üzvüdür.

1992-ci ildən şəkdiyi karikaturaları "Kirpi" satirik jurnalında çap olunub. Respublikada keçirilən bir çox sərgilərin iştirakçısıdır. Bakıda fərdi sərgisi açılıb. 2004-cü ildən "Qalereya" jurnalının naşiridir.

Bağırzadənin tanınmasında müstəsna rolu Şən və Hazırcavablar Klubunun yarışlarında " "Bakılı oğlanlar" komandasındakı çıxışları olub. Onun iştirak etdiyi bu komanda 1992-93-cü illərdə çempion, 1995-ci ildə keçirilən yay kubokunun və XX əsrin isə ən yaxşıları sırasında birinci olub.

2006-cı ildən Azərbaycan «Karikaturaçı Rəssamlar Birliyi»nin və FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür. 2006-cı ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. "Qorod" jurnalının naşiridir.

Bəhram Bağırzadə 2012-ci il aprelin 26-da Kitab nominasıyasında "Humay" milli mükafatına layiq görülüb.

Qeyd edək ki, B.Bağırzadə hazırda reklam çəkilişləri üçün Fransadadır.