Bred və Ancelina toy şəkillərini 2 milyona satdılar - fotolar
Dünya
12:06 / 04.09.14
4761dəfə oxunub
A-
A
A+
Ancelina Coli ilə Bred Pitt toy şəkillərini jurnalistlərə 2 milyon dollara satıblar.
Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, cütlük əldə olunan pulu xeyriyyə məqsədilə bağışlayıb.
Qeyd edək ki, onlar daha əvvəl də şəkillərindən pul qazanmışdılar. 2008-ci ildə Coli əkizlərinin ilk fotolarını “People” jurnalına 14 milyon dollara satıb. Cütlük qızları Şilanın şəkillərini isə eyni jurnala 4 milyon dollar əvəzində təqdim edib.
Daha öncə də qazanılan pullar Coli-Pittin şəxsi xeyriyyə fondunun hesabına köçürülüb. Ancelina toyu ilə bağlı müsahibəsində uşaqlarının arzusunu yerinə yetirdiyini bildirib:
“Bu toy elə bil ki, səkkizimizin də toyu idi. Uşaqlarımın hamısının çox gözəl əl qabiliyyəti var. Gəlinliyimin bu qədər gözəl görünəcəyini gözləmirdim.”