Elton Con ilk dəfə uşaqları ilə qonaqlıqda - fotolar
Dünya
10:59 / 05.09.14
2721dəfə oxunub
A-
A
A+
Elton Con və həmcins həyat yoldaşı Devid Förniş dostlarına evlərində qonaqlıq veriblər.
Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, ənənəvi məclisin dəvətliləri siyahısına yenə çoxlu məşhurlar daxil edilib. Amma builki tədbirin xüsusi qonaqları Eltonla Devidin övladları - 3 yaşlı Zahari və 20 aylıq Eliyah olub. Cütlük ilk dəfə uşaqları ilə qatıldıqları məclisdə kameralara ailəvi poz verib. Diqqət mərkəzində olan balacalar, gecənin ulduzlarına çevrilib.
Qeyd edək ki, ailə yenicə Fransa tətilindən qayıdıb.