Tarkanı mahnısının sözlərini dəyişməyə məcbur edən hadisə - fotolar

Tarkanı mahnısının sözlərini dəyişməyə məcbur edən hadisə - fotolar
2038 dəfə oxunub
  • A-
  • A
  • A+
Meqa star Tarkan Açıqhava konsertlərinə start verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, ulduzun dünən baş tutan ilk konsertini minlərlə insanla yanaşı, yağış və fırtına da müşayiət edib. İlk mahnısını oxuyan zaman qəfildən başlayan yağış Tarkanın kefini pozub.
 
“Soruşma nə haldayam” bəstəsinin sözlərini “Ah, bu yağmur məni öldürür” şəklində dəyişən müğənni konserti yarıda saxlamaq haqda düşünüb.
 
Tamaşaçılara yönləndirdiyi “Tamam mı, davam mı?” sualına “Davam” cavabı alan sənətçi “İslak-islak” mahnısını səsləndirib.

Qeyd edək ki, izləyicilər arasında bir çox məşhur simalar da olub. Onlar da yağışlı havaya baxmayaraq, meqa starı tək qoymayıblar. Hətta aparıcı Burcu Əsmərsoy yağmur altında rəqs də edib.