Türkiyəli futbolçu Arda Turan keçmiş sevgilisi, aktrisa Sinəm Kobalın qardaşı Kərəmlə hələ də görüşməyə davam edir.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Arda Sinəmdən ayrılsa da, onun ailəsi ilə əlaqələrini kəsməyib.
Futbolçu ötən gün aktrisanın barmenlik edən qardaşını görmək üçün onun iş yerinə gedib. K.Kobal isə həmin gün icazə aldığı üçün A.Turanla görüşə bilmədiyini söyləyib:
“Gələcəyini bilmirdim. Onunla qardaş kimi hələ də görüşürük. Bacımı xoşbəxt edəcəksə, məni də sevindirər. Ardanı çox sevirəm, amma münasibətlərimiz nə qədər yaxşı olsa da, əvvəlcə bacımı fikirləşirəm”.