Aktrisanın ad günü məclisinə polislər müdaxilə etdi - fotolar

Aktrisanın ad günü məclisinə polislər müdaxilə etdi - fotolar
3159 dəfə oxunub
  • A-
  • A
  • A+

“Çocuklar duymasın” serialından Məltəm obrazı ilə tanınan aktrisa Pınar Altuğun dünən 40 yaşı tamam olub.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, aktrisanın həyat yoldaşı, aktyor Yağmur Atacan xanımının yubileyi üçün sürpriz parti hazırlayıb. Y.Atacanın bu addımı qarşısında çox sevinən Pınar ərinin diqqətcil və qayğıkeş olduğunu bildirib.

Ad günü məclisinə Hande-Ərdinç Acar, Əməl Müftüoğlu, Çağrı Müftüoğlu kimi məşhur simalar da qatılıb. Əyləncə gecəsində musiqinin yüksək səslə verilməsi ətrafda yaşayan insanların narazılığına səbəb olub və məkana polis gəlib.

Yalnız sakinlərin istəyi təmin olunduqdan sonra parti davam edib.