İtalyan əsilli ABŞ aktyoru Al Paçino özündən 39 yaş kiçik sevgilisi Lusila Sola ilə Toronto Film Festivalına qatılıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 74 yaşlı əfsanə 35 yaşlı sevgilisi ilə çox xoşbəxt görünüb. Cütlük bir neçə gün öncə Venesiya Film Festivalına da birlikdə qatılmışdı.
Al Paçino argentinalı Lusila ilə artıq 4 ildir ki, görüşür.
Qeyd edək ki, sənətçi heç vaxt evli olmayıb. Onun keçmiş münasibətlərindən 24 yaşlı qızı və 13 yaşlı əkiz uşaqları var.