Ulduzların “oğurlanan” şəkillərinin sərgisi keçiriləcək

Ulduzların “oğurlanan” şəkillərinin sərgisi keçiriləcək
2042 dəfə oxunub
  • A-
  • A
  • A+
Hakerlər tərəfindən Hollivud ulduzlarının oğurlanan çılpaq selfi şəkilləri sərgidə nümayiş etdiriləcək.

Axşam.az-ın xarici mətbuata istinadən xəbərinə görə, məşhurların həmin fotoları Xvala adlı rəssamın “No Delete” (“Silinməyən”) sərgisində yer alacaq. Nümayiş rəssamın “Google-dan qorx” art-kampaniyası çərçivəsində Los-Ancelesdə keçiriləcək. Orada son günlər yayılan selfilərdən başqa, sənətçinin 7 il ərzində topladığı digər fotolar da yer alacaq.

Qəhrəmanlar arasında Britni Spirs, Skarlett Yohanson, Cennifer Lourens və başqaları var.

Qeyd edək ki, tənqidi xarakter daşıyan sərgidə bütün şəkillər senzurasız nümayiş olunacaq.