İkinci dəfə ana olan tanınmış müğənni Kristina Aqilera doğuşdan sonra ilk dəfə görüntülənib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, artıq çəkisinə görə narahat olmayan Kristina Los-Anceles bağlarının birində böyük oğlu Maks və keçmiş həyat yoldaşı Cordanla gəzərkən obyektivlərə tuş gəlib.
İki həftə əvvəl körpəsini dünyaya gətirən 33 yaşlı ifaçı hələ keçmiş formasına qayıda bilməyib.
Qeyd edək ki, Aqilera qızının atası Met Ratlerlə dekabrda evlənməyi planlaşdırır.