Hollivudun ən yaraşıqlı aktyorları sırasında yer alan Antonio Banderas 18 illik həyat yoldaşı Melani Qriffitlə boşandıqdan sonra ilk dəfə başqa bir xanımla görüntülənib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ispaniyalı aktyor boşanmasından 3 ay keçər-keçməz uzun ayaqları ilə məşhur olan Nikol Kimpellə eşq macərası yaşamağa başlayıb.
Cütlük Kann kinofestivalının əyləncə gecələrindən birində tanış olub. 53 yaşlı aktyor sarışın gözəllə dincələrkən fotokameralara tuş gəlib.