Sabah Rəvan Qarayevin toyudur

Sabah Rəvan Qarayevin toyudur
2239 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Rəvan Qarayev toya hazırlaşır.

Axşam.az xəbər verir ki, bu barədə ifaçı "Qonaqcanlı" verilişinə açıqlamasında bildirib.

"20 dəqiqə içində nikah etdim, xəbər tutdular. Ailə içində tədbir etdik. Dostlarımın heç biri məndən inciməsin. Bilirəm ki, yaxın dostlarım inciyiblər. Ayın 29-da ən yaxınlarım, əzizlərim yanımda olacaqlar".

Qeyd edək ki, Rəvan iki dəfə ailəli olub və onun hər nikahdan bir qız övladı var.