Reza Deqatinin “Fotoların tarixi” adlı sərgisi keçirilib

Reza Deqatinin “Fotoların tarixi” adlı sərgisi keçirilib
869 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf Reza Deqatinin “Fotoların tarixi” adlı sərgisi təşkil olunub

Axşam.az xəbər verir ki, ekspozisiyada Reza Deqati dərc olunmamış fotoşəkillərdən ibarət seçilmiş kolleksiyası nümayiş olunub.

Açıq havada keçirilən tədbirdə Reza Deqati çəkdiyi fotoların tarixindən danışıb, ictimaiyyət nümayəndələri və tədbir iştirakçılarının suallarını cavablayıb.

Qeyd edək ki, məşhur fotoqraf Reza Deqati 40 ildən çoxdur ki, dünyanı gəzib dolaşır. Parisdə yaşayır və 30 kitabın müəllifidir.

Foto: Ramin Aslanov