Kral ailəsinin kürəkəni başqa qadınlarla tətildə - Fotolar

Kral ailəsinin kürəkəni başqa qadınlarla tətildə - Fotolar
1002 dəfə oxunub
  • A-
  • A
  • A+

İngiltərənin kral ailəsinin kürəkəni yaxtada başqa qadınlarla görüntülənib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, kraliçanın nəvəsi şahzadə Yevgeniyanın həyat yoldaşı Cek Bruksbank işgüzar səfərə getdiyi İtaliyada üç qadınla birlikdə gəmidə paparatsilərin obyektivinə tuş gəlib.

"Daily Mail" qəzeti Cekin fotolarını "Yevgeniyaya izah edərkən uğurlar, Cek!" başlığı ilə dərc edib.

Qeyd edək ki, cütlüyün 5 ay əvvəl övladları dünyaya gəlib.