"Yaxta bizim deyil" - Tənqidlərə cavab verdi

"Yaxta bizim deyil" - Tənqidlərə cavab verdi
1649 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə davam edən yanğınların fonunda misirli sevgilisi Mohammed Alsaloussi ilə Bodrumda istirahət edən Şeyma Subaşının bu hərəkəti tənqidlə qarşılanıb.

Axşam.az xəbər verir ki, Şeyma İnstaqramda paylaşım edərək istirahət etdikləri yaxtanın onlara aid olmadığını bildirərək hərəkətinə bəraət qazandırmağa çalışıb: 

"Ölkəmiz yanarkən qayıqda əyləndiyim xəbərləri əsassızdır. Yaxta bizim deyil. Biz də hamı kimi yaşanan bu bədbəxt hadisələrə görə kədərliyik. Ən qısa zamanda yanğınların sona ərməsi üçün dua edirik".

Qeyd edək ki, Şeyma Mohammedlə Bodrumda yaxtada istirahət edərkən görüntülənib. Misirli sevgilisinin qayığı həftəsi 150 ​​min avroya kirayələdiyi bildirilib.