80-ci illərin məşhur aktrisası Bruk Şilds Sakit okeanı sahilindəki malikanəsini satışa çıxarıb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 56 yaşlı aktrisanın Kaliforniyadakı villasının satış qiyməti 8 milyon 195 min dollardır.
Üç mərtəbəli evdə 5 yataq və 6 hamam otağı var. Şilds bu villanı 10 il əvvəl tennisçi Andre Aqassi ilə evli olarkən 3,3 milyon dollara alıb.
Qeyd edək ki, bir neçə il ərzində kirayəyə verilən malikanədə aktyor Ben Afflek və Cennifer Qarner də yaşayıb.