Halit Ergençin göz yaşları - fotolar

Halit Ergençin göz yaşları - fotolar
5853 dəfə oxunub
  • A-
  • A
  • A+

"Möhtəşəm yüz il” serialının Sultan Süleymanı Halit Ergençin anasını itirməsi ilə bağlı xəbər vermişdik. 

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aktyorun uzun müddətdir xəstəlikdən əziyyət çəkən anası bu gün günorta saatlarında torpağa tapşırılıb.

Anasını son mənzilə yola salan aktyor göz yaşlarına hakim ola bilməyib. Bu çətin günündə həyat yoldaşı Bərgüzar Korellə yanaşı, aktyor dostları da onu tək qoymayıb. Onlar arasında Kənan İmirzalıoğlu, Burak Özçivit, Sinəm Kobal, Aras Bulut İynemli və başqaları olub.