"...Dəvətnamə göndərməyəcəm" - fotolar

"...Dəvətnamə göndərməyəcəm" - fotolar
4245 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Natavan Həbibi bu gün media nümayəndələri ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, konsertə həsr olunmuş mətbuat konfransında hazırlıqların başa çatdığını deyən müğənni tədbirə həmkarlarından çox az adam dəvət edəcəyini bildirib:

“Konsert üçün hazırlıqlar başa çatıb. Rəqsləri tamamlamışam. Tamaşaçı qismində Röyanı dəvət edəcəm.Əgər Bakıda olsa gələr. Zalda pozitiv insanları görmək istədiyimdən sənət adamlarının çoxuna dəvətnamə göndərməyəcəm. Yalnız mənə yaxın olanlara dəvətnamə verəcəm. Həmin gecə tamaşaçılar məni fərqli imicdə görəcəklər. Konsertdən sonra da həmin görünüşdə qalacam”.

Qeyd edək ki, Natavan Həbibinin konserti mayın 24-də Heydər Əliyev Sarayında baş tutacaq.

Foto: Rəşad ABBASOV