Türkiyədə yaşayan həmyerlimiz, model Günay Musayevaya həyat yoldaşı Tolqa Kareldən sürpriz gəlib.
Axşam.az-ın məlumatına görə, aktyor hazırda "Star" kanalında yayımlanan “Survivor” yarışmasında iştirakını davam etdirir. Yarışmanın ötən həftəki buraxılışında “Məşhurlar” komandası oyunda qalib gələrək ailələrinə mesaj və fotolar göndərmək imkanı qazanmışdı. Tolqa Karel mesajında həyat yoldaşına və oğlu Cahangirə sevgisini belə ifadə edib:
“Sevgili oğlum və Günay, sizin üçün çox darıxmışam. Hər şey yaxşıdır? Geri qayıtmağıma çox az qalıb. İkiniz də möhtəşəmsiniz. Gedişim səssiz oldu, dönüşüm möhtəşəm olacaq. Sevimli Günayım, həyat yoldaşım, çox çətin bir dövr keçirdim. Burada həyatımın imtahanını verdim. Sən ordasan və sənə çox inanıram. Canım Günay, ailə olmağın dəyərini anladım”.