Dünyaca məşhur aktrisa Şarliz Teron şəxsi həyatından danışıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, “Vogue” jurnalına verdiyi müsahibədə sevgilisi Şon Pennlə olan münasibətinə də toxunub.
Müsahibə ilə yanaşı, bir-birindən cazibədar fotolar da çəkdirən Şarliz çimərlik geyimində kamera qarşısına keçib.
“Mən heç vaxt ağ don arzusunda olmamışam. Əlbəttə ki, gəlinlik geyinmək gözəldir, amma tamamilə dürüst olmaq lazımdırsa, o zaman deyə bilərəm ki, mənim üçün bu, xoş deyil. Yaxşı başa düşürəm ki, həyatımdakı nələr məni xoşbəxt edə bilər. Sadəcə, siz düşünməlisiniz: “Bu insan sizi daha yaxşı edə bilərmi?". Mənim həyatım olduqca maraqlı və rəngarəngdir” - deyə Ş.Teron bildirib.