Konçita Kann festivalında - fotolar

Konçita Kann festivalında - fotolar
3997 dəfə oxunub
  • A-
  • A
  • A+
Artıq sona yaxınlaşan Kann festivalı qonaqları ilə hər kəsi təəccübləndirməyə davam edir.

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, dünən festival çərçivəsində “AMFAR" (Kinematoqrafiya QİÇS-ə QARŞI) qala gecə keçirilib. Gecənin möhtəşəm qonaqları arasında “Eurovision 2014” müsabiqəsinin hamını heyrətləndirən qalibi Konçita Vurst da yer alıb.

Müğənni ingilis mətbuatına açıqlamasında “burda olduğuma görə çox xoşbəxtəm. Ömrüm boyu bunu arzulamışam” deyib.

“Saqqalı xanım”ın qlamur gecə libası da diqqət çəkib. Konçitanın geyimi dünya ulduzlarının dəbdəbəli paltarlarından heç də geri qalmayıb.

Gecədə Bar Rafael, Paris Hilton, Castin Biber, İrina Şeyk, Haydi Klum kimi məşhurlar da olub.