56 yaşlı Şeron Stoun illərə meydan oxudu - fotolar

56 yaşlı Şeron Stoun illərə meydan oxudu - fotolar
2690 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Şeron Stoun 67-ci Kann festivalı çərçivəsində keçirilən ənənəvi "AMFAR"  (Kinematoqrafiya QİÇS-ə qarşı) xeyriyyə hərracında iştirak edib.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, tədbirə Roberto Kavalli imzalı al-qırmızı libasda gələn 56 yaşlı aktrisa görünüşü ilə gənc top-modelləri kölgədə qoyub.
 
QİÇS-lə mübarizə aparan AMFAR-a maddi yardım məqsədilə təşkil olunmuş gecəyə yaxtla gələn Ş.Stounun, dərin kürək dekolteli paltarının altından büstqalter geyinmədiyi diqqətlərdən yayınmayıb.

Xeyriyyə hərracında aparıcı qismində iştirak edən aktrisa daha sonra paltarını dəyişərək metal rəngində sinə dekolteli libas geyinib.