“Yeni sədalar” verilişinin növbəti buraxılışı da maraqlı anlarla yadda qalıb.
Axşam.az-ın məlumatına görə, verilişin bu dəfəki qonaqları ifaçılar Kəmalə Nəsibova və Sahib İbrahimov olub. Hər iki tanınmış, sevilən mahnılarını səsləndirib, sənət yeniliklərindən bəhs edib. Qonaqlara suallar ünvanlayan aparıcı Kamran Quliyev maraqlı söhbətləri ilə də diqqət çəkib.
Hər dəfə olduğu kimi yenə də tamaşaçılar “Rumba fiesta” qrupunun solistləri Orxan, Məsut və Elşənin ifasında canlı musiqi dinləyiblər.
Qeyd edək ki, "Yeni sədalar" verilişi hər həftənin çərşənbə axşamı saat 13:45-də, cümə axşamı isə 15:15-də İTV-də canlı yayımlanır.