Məşhur müğənni Keti Perri gözlənilməz şərəfə layiq görülüb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, onun portreti Vaşinqtonda Milli Portret Qalereyasında nümayiş olunacaq.
Muzeyin nümayəndələri bu barədə rəsmi bəyanat yayıblar. 18 iyundan eitbarən Keti Perrinin şəkli bu qalereyada saxlanılacaq. Muzeyin direktoru söyləyib ki, Perri güclü qadındır və ilk baxışdan mürəkkəb şəxsiyyəti görünür:
“Keti Perri muzeydə portreti olan tək şəxs deyil. Onunla yanaşı, Maykl Cekson, Beyons və Madonna kimi ulduzların da portretləri orada saxlanılır”.
Xatırladaq ki, müğənninin bu şəkli 2010-cu ildə çəkilib.